DK
DK Agency
Toolkit

Food Cost
Kalkulyator

Resept kartı yarat, trim loss daxil et, porsiya maya dəyərini hesabla. Real food cost — göz ölçüsü yox.

Food Cost
19.6%
Optimal
Porsiya Maya
3.53
Qross Mənfəət
14.47
İdeal Qiymət
11.03
hədəf 32%

Resept Kartı

MəhsulMiqdarVahid₼/vahidTrim %Cəm
2.49
0.36
0.67
Cəm ərzaq xərci3.53

Parametrlər

Sektor Standartları

28-32%
Restoran / Kafe
22-28%
Fast Food
35-40%
Fine Dining
🥩 Prime Cost ≤65%
💰 Net mənfəət 10-15%
👨‍🍳 Labor cost 25-35%
🏠 İcarə ≤10%

Food Cost-u Anlamaq

Hesablamadan əvvəl, arxasındakı məntiqi bil.

Food Cost Nədir?

Restoranın satdığı yeməklərin ərzaq maya dəyəridir. İşçi maaşı, icarə, kommunal bura daxil deyil — yalnız boşqaba düşən materialın dəyəri.

Tam COGS Formulu

Açılış İnventarı

+ Dövr ərzində alışlar

− İadələr

= Əlçatan mal

− Bağlanış İnventarı

= İstifadə (COGS)

Food Cost % = COGS ÷ Satış × 100

İnventar Qiymətləndirmə

Eyni malı fərqli qiymətə aldın — hansı qiymətlə hesablayacaqsan?

İGİÇ (FIFO) — Məsləhət edilir

İlk girən ilk çıxar. Köhnə qiymətdən hesablanır. Restoranlar üçün ən dəqiq üsul.

WAC (Orta Çəkili Maya)

Ümumi dəyər ÷ mal sayı = orta maya. Sadədir, amma qiymət dəyişikliyi zamanı tam göstərmir.

Son alış qiyməti — Yanıltıcı

Paçal alınıbsa yüksək göstərər. Köhnə malı yeni qiymətdən hesablamaq food cost-u təhrif edir.

Trim Loss Nədir?

1 kq toyuqdan təmizlədikdən sonra 850qr istifadə olunur — 15% trim loss. Bu, real maya dəyərini artırır.

Nümunə trim loss faizləri

Toyuq filesi: 5–8%Bütöv toyuq: 35–40%Mal əti: 15–25%Balıq filesi: 40–55%Tərəvəz: 10–20%Soğan/sarımsaq: 10–15%

DK Agency Məsləhəti

Azərbaycanda restoranların 90%-i food cost-u bilmədən işləyir. POS sistemi ilə İGİÇ prinsipini tətbiq edin, hər şeyi nəzarətdə saxlayın.

Tam yazını oxu

OCAQ Panel

Bütün reseptləri saxla, avtomatik food cost hesabla, İGİÇ ilə inventar izlə. Real-time maliyyət nəzarəti.

Pulsuz başla

Food Cost-a Təsir Edən 4 Faktor

Bu faktorlar dəyişdiyi üçün, food cost da restorandan restorana fərqlidir.

Alış Qiyməti

Çiy məhsulları almaq üçün ödədiyiniz maliyyət. Satınalma sizin nəzarətinizdədir: pazara gedin, firmaların alternativlərini araşdırın, eyni keyfiyyətdə daha ucuz tədarükçü tapın. İGİÇ (İlk Girən İlk Çıxar) prinsipini tətbiq edin — köhnə mal əvvəl istifadə olunmalıdır. Həftəlik qiymət müqayisəsi aparın.

Satış Qiyməti

Resept çıxmadan, maya dəyəri hesablanmadan satış qiyməti qoymaq olmaz. Əvvəlcə food cost-u hesabla, sonra hədəf faizinə görə qiymət müəyyən et. "Rəqib nə yazıb" prinsipi ilə qiymət qoymaq ən böyük xətadır. Düzgün yol: maya dəyəri × hədəf çarpan = satış qiyməti.

Məhsul Dağılımı (Product Mix)

Eyni qiymətə eyni məhsulu satırsan, amma maliyyət fərqlidir — niyə? Biri karlı məhsul (Ulduz) satır, digəri karsız (İt). Müştəriyə, ekipə, yerə görə dəyişir. Həll: menyu mühəndisliyi ilə Ulduz məhsulları önerili satışa çıxar, İt məhsulları ya dəyiş ya sil.

Restoran Nəzarəti

Reseptlər, personal yeməyi, zay məhsul, ikramlar, kassa kəsrləri — hamısı nəzarət altında olmalıdır. İGİÇ prinsipi tətbiq edin — köhnə mal əvvəl istifadə olunsun. Ət ən dəyərli itki mənbəyidir — ondan başlayın. Zay inventar sayımlarını həftəlik aparın, fərq hesabatı ilə müqayisə edin.