DK
DK Agency
Tikinti Sprinti

İnşaatdan Açılışa Checklist

52 maddəlik praktiki plan: elektrikdən FHN-ə, soft opening-dən grand opening-ə qədər hər addımı sıraya sal.

Ümumi progress0/52
%0 tamamlandı
1. 3 faza elektrik yoxlaması

Azərişıq texniki baxışı olmadan layihəyə başlama.

2. Qaz bağlantısı və xətt yoxlanışı

Yeni xətt çəkiləcəksə büdcəyə əvvəlcədən daxil et.

3. Su və kanalizasiya giriş nöqtələri

Mətbəx planına uyğunluğunu təsdiqlə.

4. Baca çıxışı və qonşu riski

Şikayət və bələdiyyə riskini öncədən ölç.

5. Tavan hündürlüyü ölçümü

Minimum 3 metr asma tavan və havalandırma üçün rahatdır.

6. Obyekt kodu və əvvəlki borclar

Vergi və DSMF borcu sonradan problem yaratmasın.

7. İnşaat planı hazırlandı

Mətbəx, zal, anbar və tualet axına uyğun planlandı.

8. Büdcə + 15% ehtiyat fond

Gizli xərc üçün bufer ayırmadan başlama.

9. Usta və podratçı müqayisəsi

Minimum 3 təklif topla.

10. Yazılı müqavilə

Vaxt, qiymət, material və gecikmə maddələri sənəddə olsun.

11. AQTA qeydiyyatı

Qida təhlükəsizliyi tərəfi paralel hazır getsin.

12. FHN müraciəti

Yanğın təhlükəsizliyi planını son günə saxlamamaq.

Büdcə planlaması

50-80 m², 30-40 nəfərlik restoran üçün təxmini bölgü.

Ön hazırlıq
2.000-5.000 ₼
Büdcənin 3-5%-i
Kaba işlər
20.000-40.000 ₼
Büdcənin 30-35%-i
İncə işlər
15.000-30.000 ₼
Büdcənin 20-25%-i
Avadanlıq
25.000-50.000 ₼
Büdcənin 30-35%-i
Açılış hazırlığı
3.000-5.000 ₼
Büdcənin 3-5%-i
Ehtiyat fond
10.000-20.000 ₼
Büdcənin 15%-i
Toplam təxmini büdcə
75.000 - 150.000 ₼

Lokasiya, obyektin vəziyyəti və konsept bu aralığı dəyişir.